Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş “Prezidenti təhqir” ittihamı ilə 3 il 6 ay həbs cəzasına məhkum olunub.
Teleqraf.com xəbər verir ki, Bakırköy 46-cı Cəza Məhkəməsində keçirilən iclasa Səlahəddin Dəmirtaş səs və video məlumat sistemi vasitəsilə (SEGBİS) qoşulub.
Prokuror 2015-ci ildə Dəmirtaşın Atatürk Hava Limanında verdiyi açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanı və o zamankı Baş nazir Əhməd Davudoğlunu təhqir etdiyinə görə 1 il 2 aydan 4 il 8 aya qədər həbs cəzasına məhkum edilməsini tələb edib.
Məhkəmə Dəmirtaşı “Prezidenti təhqir” maddəsi ilə təqsirləndirli bilib. Onun 3 il 6 aylıq həbs cəzasına məhkum edilməsib ilə bağlı qərar verib.