23 Mart 2021 21:39
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 23-də Tacikistan paytaxtındakı “İstiqlol” klinikasında koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanılıb.

Teleqraf.com xəbər verir ki, ilk olaraq ölkənin səhiyyə və sosial müdafiə naziri Camoliddin Abdullazoda və onun müavinləri, həmçinin UNİCEF-in Tacikistandakı nümayəndəliyinin rəhbəri Osama Makkavi, BMT-nin Tacikistandakı Daimi Əlaqələndiricisi Sezin Sinanoğlu, Dünya Səhiyyə Təşkilatının bu ölkədəki nümayəndəsi Viktor Olşavski “AstraZeneca” vaksini ilə peyvənd olunublar.

Əhalinin peyvəndlənməsi ilə bağlı Respublika Komissiyası yaradılıb. Kütləvi peyvəndləmə üçün ölkədə 3 min tibb məntəqəsi təşkil edilib. Qeyd olunur ki, indiyədək Tacikistana COVAX proqramı çərçivəsində 192 min doza “AstraZeneca” vaksini gətirilib və bu proses mərhələ-mərhələ davam edir.

Komissiyanın yaydığı məlumata görə, ilk olaraq tibb işçiləri, yaşı 60-dan yuxarı olanlar, iqtisadiyyatın strateji sahəsində çalışanlar, elm və təhsil işçiləri, xroniki xəstəliklərdən əziyyət çəkənlər peyvənd olunacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər