Britaniyalılar ötən bir il ərzində koronavirus infeksiyasından ölən təxminən 150 min soydaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Teleqraf.com xəbər very ki, bu barədə “Sky News” xəbər verir.
“Martın 23-də, günorta saat 15:00-da Britaniyanın hər yerində koronavirus səbəbindən ölənlərin xatirəsi bir dəqiqəlik sükut edildi”, – deyə məlumatda qeyd edilib.
Birləşmiş Krallığın Baş naziri Boris Conson “mən əzizlərini itirn hər kəsə səmimi başsağlığı verirəm” deyib.
Onun sözlərinə görə, keçən il ölkə tarixində ən çətin illərdən biri olub.