25 Mart 2021 11:25
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda martın 29-dan həkimlərin və sosial sfera işçilərinin koronavirus infeksiyasına qarşı vaksinasiyası başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin sözçüsü bildirib ki, hazırda Oş şəhərinə və Çuy vilayətinə peyvəndlər gətirilir.

Birinci mərhələ başa çatdıqdan sonra vaksinlər digər kateqoriyalı vətəndaşlar üçün əlçatan olacaq.

Fevral ayının sonunda Qırğızıstan Rusiyanın “Sputnik V” peyvəndini qeydiyyatdan keçirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər