29 Mart 2021 10:45
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Mozambikə qoyduğu milyard dollarlıq yatırımının itirilməsi təhlükəsi ilə üz-üzə qalıb.

Teleqraf.com xəbər verir ki, Mozambikin şimalındakı zəngin enerji qaynaqlarına sahib olan Kabo Delqado regionundakı Palma qəsəbəsi ani hücumla İŞİD-in nəzarətinə keçib.

Bu şəhərə yaxın məsafədə yerləşən fransız Total şirkətinin Afrikadakı ən böyük mavi qaz yatağı layihəsi tamamilə dayandırılıb. Toplamda 20 milyard dəyərə sahib olan enerji mənbələrini Fransa beynəlxalq bazarlarda satmağı planlaşdırır.

Total şirkəti bəyan edib ki, Mozambik təhlükəsizlik xidmətlərinin şəhərə nəzarəti təkrar əldə edəcəyinə inanırlar.

Qeyd edək ki, Mozambikdə hökumət terrorçu kimi tanıdığı və nəzarət etməyə çətinlik çəkdiyi terrorçulara qarşı mütəmadi olaraq rus və Cənubi Afrika əsgərlərindən dəstək alır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər