Avropa Birliyi Şurasının sədri Şarl Mişel və Avropa Birliyi Komissiyasının rəhbəri Ursula von der Leyenin Türkiyəyə səfər edəcəyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu kritik səfərin aprelin 6-da gerçəkləşəcəyi bildirilib.
Avropa Birliyi Şurasının sədrinin mətbuat katibi Barend Leyts bildirib ki, Ankaraya səfər edəcək Avropa Birliyinin rəhbərləri Prezident Rəcəb Təyyib Ərdoğanla müzakirələr aparacaq.