Fransanın Albertvill şəhərindəki məktəblərdən birində Məhəmməd peyğəmbəri təhqir edən müəllimə verdikləri cavab səbəbindən polis tərəfindən dindirilən 10 yaşlı 4 uşağın işgəncəyə məruz qaldığı bildirilib.
Teleqraf.com xəbər verir ki, azyaşlılar zorla ailələrindən alınaraq 11 saat polis bölməsində dindirilib.
İfadəsi alınan azyaşlıların Fransa polisi tərəfindən işgəncəyə məruz qaldığı deyilib. “Mediapart” saytının iddiasına görə, evlərinə xüsusi təyinatlıların basqın etdiyi uşaqlar 11 saat saxlanıldıqları nəzarətdə işgəncəyə məruz qalıb. İşgəncə ilə bağlı ünvanlanmış “Niyə etdiniz?” sualına polislərdən biri belə cavab verib: “Bilmirəm. Deyəsən, çox sərt davranmışıq”.