ABŞ konqresmenləri Amerika hökumətindən Ermənistana və Qarabağdakı separatçılara 100 milyon dollardan çox yardım tələb edən layihə hazırlayıblar.
Teleqraf.com xəbər verir ki, layihənin müəllifləri ermənipərəst konqresmenlər Frank Pallone, Ceki Şpeyer və Adam Şhifdir.
Layihədə bildirilib ki, mənzil, qida təhlükəsizliyi, kanalizasiya, tibbi və qaçqınlara yardım, reabilitasiya və infrastruktur ehtiyacları daxil olmaqla, Qarabağın erməni sakinlərinə birbaşa yenidənqurma yardımı üçün etibarlı maliyyə büdcəsi ayrılmalıdır.