Norveçdə 60 yaşlı bir kişi 10 il sonra evində ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, Norveç dövlət televiziyası NRK kişinin evində öldüyünü, qonşularının isə onun köçdüyünü zənn etdiklərini bildirib.
Oslo polisinin rəsmi şəxsi Qreta Lin Metlid cəsədin uzun müddət diqqət çəkməməsinin qəribə olduğunu və buna məna verməyin çətin olduğunu söyləyib: “Həmin şəxsin 2011-ci ildə öldüyünü təxmin edirik, ən son 2011-ci ilə aid süd qutuları və konservlər var”.
Norveç mediasına görə, sözügedən şəxsin kommuncal borcları avtomatik ödəmə yolu ilə ödənilib. Bu illər ərzində borcu olmayıb. Beləliklə, heç kim heç bir səbəblə qapısını döyməyib, nə görünmədiyinin, nə də öldüyünün fərqinə varıb.