Yaponiyada ötən sutka ərzində yeni növ koronavirusa 2 774 yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 483 304 nəfərə çatıb.
Məlumata əsasən, son sutkada Yaponiyada koronavirusdan daha 7 nəfər ölüb, ölənlərin ümumi sayı 9 236 nəfər təşkil edir.
Ölkənin 47 prefekturası arasında ən çox yoluxma halı - 122 347 - paytaxt Tokioda qeydə alınıb.