Türkiyədə “qiyam bəyanatı”na imza atan 104 keçmiş admirala rəhbərlik edən şəxsin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, Türkiyə mediası həmin şəxsin İyi Partiya sədrinin köməkçisi Ərgün Məngin olduğunu üzə çıxarıb.
“104 admiralın yayımladığı “qiyam bəyanatı”nda bir nömrəli şəxsin keçmiş admiral Ərgün Mənginin İyi Partiya sədrinin köməkçisi olduğu ortaya çıxıb”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, dünən 104 keçmiş admiral Türkiyə milli təhlükəsizliyi və maraqlarını hədəfə alan bəyanat yayıb. Bəyanatda qiyama çağırış edilib. Türkiyə Baş Prokurorluğu bəyanatın yayılmasından sonra cinayət işi açıb, admirallar saxlanılıb.