Çində donuz vəbası (ASF) təsbit edilib.
Teleqraf.com xəbər verir ki, Çin dövlətinin nəzarəti altında olan Sincan İstehsalat və İnşaat Birliyinin 600 donuz saxlanılan müəssiəsəsində donuz vəbası aşkar edilib.
Çinin Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, bu, ciddi təhlükədir.
İlkin məlumata görə, donuz vəbasl 33 heyvanda tapılıb, 6-ı isə tələf olub.
Nazirlik epidemiya təsbit edildikdən sonra alınan tədbirlər çərçivəsində qalan donuzları məhv edib, habelə müəssisəsinin olduğu bölgəyə giriş və çıxışları bağlayıb.
Gürcüstanda 2007-ci ildə rast gəlinən Afrika donuz vəbası 2014-cü ilə qədər Ukrayna, Polşa və Çexiyada özünü göstərmişdi. 2018-ci ildə isə Çində 20 əyalətdə və 47 kənddə vəba səbəbindən 600 mindən çox donuz öldürülmüşdü.
Həyata keçirilən araşdırmalara görə, yüksək dərəcədə yayılma xüsusiyyətinə malik olan donuz vəbası insanlara keçmir.