Şimali Koreya lideri Kim Çen İn partiya üzvləri ilə keçirdiyi gprüşdə bir sıra açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı ölkəsinin indiyə qədərki ən pis vəziyyətlə üzləşdiyini etiraf edib.
Onun sözlərinə görə, Şimali Koreyada insanların həyat standartlarını yaxşılaşdırmaq üçün çoxsaylı problemlərin öhdəsindən gəlmək lazımdır.
Çen İn sosial problemlərin həlli ilə əlaqədar partiyasına müvafiq göstərişlər verib.
Ölkə lideri partiyasının üzvlərinə beş illik yeni inkişaf planını həyata keçirməyi tapşırıb.