Türkiyədə bu gün Cumhiriyyətinin yaranma günü ilə əlaqədar keçiriləcək əyləncəli tədbirlər ləğv edilib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Ədalət və İnkişaf partiyasının sözçüsü və baş nazirin müavini Bəşir Atalay açıqlayıb. Onun sözlərinə görə, buna səbəb İstanbul şəhərinin Qaraman əyalətində Murad Ərdən mədənində baş verən uçqundur: “Arzumuz oradakı 18 vətəndaşımızın sağ qalmasıdır. Hazırda bütün diqqətimiz oradakı vətəndaşlarımızın azad edilməsinə yönəlib. Cümhuriyyət Bayramını belə bir kədərlə qeyd edirik. Bayram münasibətilə bələdiyyələrimizin keçirəcəyi şənliklər ləğv edilib. Hakim partiya tərəfindən bələdiyyələrə belə bir sərəncam göndərilib. Mərasimlər isə keçiriləcək və hamımız iştirak edəcəyik”.
Atalay hadisə nəticəsində itkin düşən 18 nəfərin axtarışlarının hələ də davam etdiyini bildirib. Həmçinin o qeyd edib ki, su borusunun partlaması nəticəsində mədənə 11 min kub metr su yığıldığından xilasetmə işləri çətinləşib.
Atalay Respublika Günü mərasimlərindən sonra baş nazir Əhməd Davudoğlunun bölgəyə gedəcəyini söyləyib.
Samir