13 Aprel 2021 21:55
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tam və müşahidəçi qismində Türk Şurasına qatılmaq istəyən çox sada ölkələr var. Artıq bu qurumu beynəlxalq təşkilat halına gətirmək vaxtı gəlib çatıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Aprelin 10-da telekonfrans yolu ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan dövlət başçıları ilə keçirilən sammitdən danışan Türkiyə Prezidenti deyib ki, son tədbirdə səhiyyədən ticarətə qədər genişmiqyaslı əməkdaşlıqla bağlı müzakirələr aparılıb: “Türk Şurasının nəzdindəki bir çox strukturlarla görülən işlər daha güclü bir strukturlaşmaya ehtiyac olduğunu ortaya qoyur”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər