Rusiya prezidenti Vladimir Putinin xəstə olması ilə bağlı Qərb mətbuatında yayılan iddialara Moskvadan cavab gəlib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, buna Kremlin mətbuat katibi Dmitri Peskov aydınlıq gətirib. Onun sözlərinə görə, bu barədə yayılan bütün məlumatlar əsassız və yalandır: “Onlar bunu gözləməsin! Hər şey yolundadır. Putin də özünü çox yaxşı hiss edir”.
Xatırladaq ki, ABŞ-ın nüfuzlu “New York Post” qəzeti Putinin mədəaltı vəzi və ya onurğa xərçəngindən əziyyət çəkdiyini və bu növ xəstələrin yaşama şansının az olduğunu qeyd edib.
Samir