15 Aprel 2021 00:37
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani bildirib ki, ABŞ lideri Cozef Baydenlə zəngləşib, tərəflər ABŞ qoşunlarının sentyabrda ölkədən çıxarılmasını müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, tərəflər ABŞ-ın sentyabrın əvvəlindən başlayaraq qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını müzakirə ediblər

"Biz əməkdaşlığımızın növbəti mərhələsinə keçid müddətində sülh səylərinin həyata keçirilməsini davam etmək üçün ABŞ-dan və NATO-dan olan partnyorlarımızla işləməyə davam edəcəyik", - Qani özünün tvitterdəki səhifəsində yazıb.

Qaninin sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik və müdafiə qüvvələri ölkəni və xalqı qorumağa tam ölçüdə qadirdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər