30 Oktyabr 2014 00:55
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Ukrayna və Avropa İttifaqı arasında qaz danışıqlarının nəticələri oktyabrın 30-da açıqlanacaq.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının məlumatında belə deyilir.

“Danışıqlar davam etməkdədir. Razılığa gəlindiyi halda oktyabrın 30-u, səhər saatlarında mətbuat konfransı baş tutacaq”, məlumatda deyilir.

Qeyd edək ki, Brüsseldə Rusiya, Ukrayna və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilir. Görüşdə qış aylarında Rusiya qazının Ukraynaya nəqlinin şərtləri müzakirə olunur.


Müəllif:

Oxşar xəbərlər