Çexiya yerli xüsusi xidmət orqanlarının iddiasına görə Rusiya Federasiyası səfirliyinin həmin ölkənin kəşfiyyat zabiti olan 18 əməkdaşını ərazisindən çıxarır.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin birinci müavini Yan Qamaçek kməlumat verib.
O bəyan edib: "Rusiya səfirliyinin 18 əməkdaşı 48 saat ərzində Çex Respublikasını tərk etməlidir. Çex Respublikasının Xarici İşlər Naziri olaraq, xüsusi xidmət orqanlarımız tərəfindən Rusiyanın Praqadakı səfirliyinin həmin ölkənin Xarici Kəşfiyyat İdarəsinin və Baş Kəşfiyyat İdarəsinin zabiti kimi müəyyənləşdirilən bütün əməkdaşlarını ölkədən kənarlaşdırmağa xaric etməyə qərar verdim".
Qeyd edək ki, Yan Qamaçek xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edir.