18 Aprel 23:26

İraq Hərbi Hava Qüvvələrinin Bağdad yaxınlığında yerləşən bazası raket hücumuna məruz qalıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Shafaq news" portalı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, bazaya azı 4 raket atılıb, insident nəticəsində 5 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar İraq hərbçiləridir, onlardan biri xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com