19 Aprel 2021 10:22
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Rusiyaya növbəti zərbəni vurmağa hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını proqnozlaşdırıb.

Volodinin fikrincə, növbəti zərbələr Rusiyanın iqtisadi inkişafını dayandırmaq üçün sənaye və yanacaq-enerji sektoruna yönəldiləcək.

Spiker qeyd edib ki, Rusiya xarici müdaxilənin qarşısını almaq üçün hər şeyi etməlidir.

ABŞ Prezidenti Co Bayden aprelin 15-də Rusiyaya qarşı yeni sanksiya paketi təqdim edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər