19 Aprel 2021 13:56
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İraqın şimal hissəsində həyata keçirdiyi əməliyyatla 9 PKK terrorçusunu zərərsizləşdirib.

Teleqraf.com-un məlumatına görə, artıq aylardır ki, Türk Silahlı Qüvvələri Şimali İraq ərazilərində PKK terrorçularına qarşı hava və quru əməliyyatları həyata keçirir.

Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, terrorçuların məhvi davam etdirilir:

“İraqın şimalındakı Metina bölgəsində, kəşfiyyat və müşahidə vasitələri ilə müəyyən edilən 9 PKK terrorçusu Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Əməliyyatlarımız qərarlı şəkildə davam edir”.


Müəllif: Cavad