20 Aprel 2021 11:34
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan bu həftə məsləhətləşmələr üçün Vaşinqtona qayıdacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən məlumat verib.

Nəşrin yazdığına görə, Sullivan ailəsinə baş çəkmək və vəzifəsini davam etdirməyə razılıq verdiyi vaxtdan bəri məsləhətləşmə fürsəti tapmadığı yeni administrasiya üzvləri ilə görüşmək üçün ABŞ-a qayıdır.

Qəzet səfirin yaxın həftələrdə yenidən Moskvaya qayıdacağını iddia edib.

Bundan əvvəl Sullivanın məsləhətləşmələr üçün Vaşinqtona getmək tövsiyəsinə baxmayaraq, Rusiyanı tərk etməkdən imtina etdiyi bildirilmişdi.

“Axios” Rusiyanın amerikalı diplomatı ölkəsinə getməyə məcbur etməsinə də diqqət çəkib.

Rusiya Xarici işlər naziri Sergey Lavrov aprelin 16-da Sullivana iki ölkə arasındakı mövcud münasibətlərə dair məsləhətləşmələr üçün evlərinə getməsini tövsiyə etdiyini açıqlayıb. Nazirin sözlərinə görə, diplomata belə bir tövsiyəni prezidentin köməkçisi Yuri Uşakov verib.

Qeyd edək ki, Uşakov son bir həftədə amerikalı səfirlə iki dəfə görüşmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər