21 Aprel 2021 11:40
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Qamışlı qəsəbəsində hərbi varlığını göstərən Əsəd rejimi ordusu ilə PKK/YPG terrorçu qüvvələri arasında silahlı qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, qarşıdurma zamanı PKK/YPG terrorçuları Əsəd rejiminə aid “Təhlükəsizlik qalası” kimi tanına hərbi bölgəyə daxil olmağa cəhd ediblər.

Əsəd ordusu isə Qamışlı hava limanından terrorçuların mövqeyinə artilleriya zərbələri endirib. Qarşıdurma zamanı hər iki tərəfdən ölü və yaralıların olduğu bildirilir.

Rusiyanın vasitəçiliyi ilə silahlı qarşıdurma dayandırılıb, amma gərginlik davam edir.


Müəllif: Cavad