Liviya sahillərində qanunsuz miqrantlar olan qayığın aşması nəticəsində təxminən 130 nəfər ölüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə SOS Mediterranee adlı qeyri-hökumət təşkilatı bildirib.
Ona məxsus Ocean Viking gəmisi ərazidə batmaqda olan üç gəmi haqqında məlumat aldıqdan sonra Liviya sahillərindəki beynəlxalq sulara göndərilib:
"Bu gün hadisə yerinə gəldiyimiz vaxtdan qəza baş verən ərazidə ən azı 10 cəsəd gördüyümüzə baxmayaraq, bir nəfər də olsun sağ qalanı tapa bilmədik".