24 Aprel 2021 20:42
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanla əvəz edilə bilməz. Şanlı tariximizdə "erməni soyqırımı" yoxdur və heç vaxt olmayıb!

Teleqraf.com xəbər verir ki, Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

"Heç bir konkret fakt və məlumatlara əsaslanmayan bu yalanı irəli sürənlər və qəbul edənlər tarixin üz qaralarıdır", - deyə AKP rəsmisi qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər