28 Aprel 2021 08:25
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, Rusiya tezliklə düşmən ölkələrin siyahısını təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, buna az vaxt qalıb.

" Hökumətə konkret tapşırıqlar verilib, bizim bu işdə rəhbər tutduğumuz meyarlar aydındır. Ona görə də, düşünürəm ki, gözləmək üçün az vaxt qalıb", - Lavrov deyib.

Daha əvvəl Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Rusiyaya düşmən dövlətlərin siyahısı hazırlanır. Bu siyahıya Birləşmiş Ştatlarin adının daxil olması dəqiqdir.

Adları siyahıya salınmış düşmən ölkələrə Rusiya vətəndaşlarını diplomatik nümayəndəlikdə işə götürmək qadağan ediləcək.

Qeyd edək ki, aprelin 23-də Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin düşmənçilik hərəkətlərinə qarşı tədbirlərinin tətbiqi barədə fərman imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər