29 Aprel 2021 15:03
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları tamamilə ikiüzlülükdür.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bunun ən son nümunəsini ABŞ nümayiş etdirib.

"1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunu şəhid edən erməni terrorçu Hampinq Sasunyan ötən ay sərbəst buraxılıb. Buna göz yumuldu. Biz isə əziz şəhidlərimizin xatirəsini daim yaşadacağıq", - deyə Çavuşoğlu qeyd edib.


Müəllif: Teleqraf.com