30 Aprel 2021 11:50
1 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken ABŞ-ın Rusiya hərbi qüvvələrinin müəyyən hissəsinin Ukrayna ilə sərhəddən geri çəkildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Blinkenə görə, 2014-cü ildən bəri Ukrayna ilə sərhədə çox sayda hərbi qüvvə yerləşdirilmişdi:

“Son bir neçə gündə bu qüvvələrin bir hissəsinin geri çəkilməsinə dair bir qərar verildiyini gördük. Bəzilərinin geri çəkilməyə başladığını müşahidə edirik”.

Blinken gələn həftə Ukraynaya səfər planlarından da danışıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər