Teleqraf.com-un verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyinə danışıqların gedişatı ilə tanış olan mənbə bildirib.
Yekun sənədlərin imzalanması danışıqların sonunda keçiriləcək mətbuat konfransı zamanı nəzərdə tutulub. Mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu, Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger, enerji birliyi üzrə Avropa Komissiyasının gələcək vitse-prezidenti Maroş Şefçoviç, həmçinin Rusiya və Ukraynanın energetika nazirləri – Aleksandr Novak və Yuri Prodan iştirak edəcək.
Mətbuat konfransında həmçinin “Qazprom” və “Naftoqaz” rəhbərləri Aleksey Miller və Andrey Kobolev iştirak edəcəklər.