G7 ölkələri xarici işlər nazirləri mayın 3-dən 5-dək Londonda keçiriləcək ilk əyani görüşlərində yeni qlobal təhlükələrə qarşı necə mübarizə aparacaqlarını, insan haqlarını necə qoruyacaqlarını və koronavirus pandemiyası ilə bağlı iqtisadiyyatı necə quracaqlarını müzakirə edəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.
Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya xarici işlər nazirliklərinin rəhbərlərindən əlavə toplantıya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel, Avstraliya, Hindistan, Cənubi Koreya, Cənubi Afrika nümayəndələri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Baş katibi Lim Cok Hoy dəvət ediliblər.