4 May 01:16
393

“Microsoft”un qurucusu Bill Qeyts və arvadı Melinda Qeyts boşanmaq qərarına gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Bill Qeyts tvitter hesabında paylaşım edib.

Cütlüyün adından yayımlanan postda “evliliyi bitirmə qərarı” aldıqları bildirilib.

27 ildir evli olan cütlüyün üç övladı var. Cütlüyün “Bill&Melinda Gates” Fondu 45 milyard dollar dəyərə malikdir.


Müəllif: Teleqraf.com
[X]
1xBet