Rusiyadan göndərilən humanitar yük karvanı Ukrayna sərhədini keçib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, göndərilən yardıma tikinti materialları, ərzaq məhsulları, tibbi preparatlar, həmçinin qışa hazırlıq üçün maddi-texniki vəsait daxildir.
Rusiya tərəfinin verdiyi məlumata görə, 100 maşında ibarət yardım karvanının bir hissəsi Luqanska, böyük bir hissəsi isə Donetsk vilayətinə çatdırılacaq.
Qeyd edək ki, Rusiya artıq oktyabrın 28-də Ukraynaya 4-cü dəfə humanitar yardım göndərib.
Samir