Hava hücumundan müdafiə sistemləri daxil olmaqla hərbi dəstək mövzuzunda bir sıra məsələlər müakirə ediləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə bu gün baş tutacaq görüşü haqqında danışarkən deyib.
Xarici işlər naziri CNN-ə verdiyi müsahibəsində bəyan edib ki, Ukrayna ABŞ-dan hava müdafiə sistemləri və snayperlərə qarşı texnologiyalar istəyəcək: “Sadəcə tədarük etmək deyil, satın almaq da istəyirik. Bu əməkdaşlıq çərçivəsinin ikitərəfli olmasını arzu edirik”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken bu gün Kiyevə rəsmi səfər edir. Dövlət katibi Ukrayna Prezidenti Vladimir Zelenski və Xarici İşlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq.