Ukraynanın şərqində rusiyapərəst separatçıların nəzarət etdiyi Donetsk rayonunda 286 qadın cəsədi tapılıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə separatçı Donetsk respublikasının baş naziri Aleksandr Zaharçenko açıqlayıb. Onun sözlərinə görə, tapılan qadınların 18-25 yaşı var.
Zaharçenko əvvəllər bu ərazidə Ukrayna respublikasının “Denper-1” hərbi hissəsinin yerləşdiyini qeyd edir.
Bundan əlavə o iddia edir ki, bölgədə hələ də 400 qadın itkin sayılır.
Faktla bağlı rəsmi Kiyev açıqlama verməyib.
Samir