Kərbəla, Divaniyə, Zikar və Bağdadda qatilləri tapılmasını tələb edən nümayişlər keçirilib.
Teleqraf.com xəbər verir ki, İranı günahlandıran nümayişçilər Kərbəlada İran konsulluğu binasını yandırıblar.
Gecə saatlarına qədər davam edən nümayişlərdə iraqlı fəal İIhab Vaznini öldürən təcavüzkarların tapılması istənilib. Qəzəblənmiş izdiham "İran getsin" şüarı səsləndirərək konsulluq binasına od vurub, təkərlər yandırıb, yolları bağlayıblar.
Kərbəlanın təhlükəsizlik idarəsi vəziyyətin nəzarət altında olduğunu açıqlayıb. İraq hökuməti cinayətkarları tutmaq üçün hərbi qüvvələrin səfərbər olduğunu elan edib.
Qeyd edək ki, 2019-cu ilin oktyabrında İraqda işsizlik, korrupsiya və ictimai xidmət çatışmazlığı ilə əlaqədar hökumət əleyhinə nümayişlərə rəhbərlik edən fəal İIhab Vazni Kərbəladakı evinin yaxınlığında öldürülüb. Vazninin öldürülyü hücumun görüntüləri yayılandan sonra nümayişlər təşkil edilib.