12 May 2021 19:26
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hakimiyyətə gəlmək istəyən revanşistlərin namizədi, hərbi cani Robert Köçəryanın yaratdığı “Ermənistan” seçki blokunun qərargahına baş nazirin keçmiş müavini Armen Gevorqyan rəhbərlik edəcək.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan təsdiq edib.

Ancaq işin qəribə tərəfi budur ki, hazırda Gevorqyan xəstədir. Onun xəstəxanada müalicə olunduğu bildirilir. Köçəryanın ofisində ümid edirlər ki, Gevorqyan tezliklə sağalaraq seçki qərargahına rəhbərlik edəcək. Buna qədər isə “Ermənistan” seçki blokunun qərargahına Aram Vardevanyan rəhbərlik edəcək. Armen Gevorqyanın həqiqətən xəstə olduğu, yoxsa Robert Köçəryanla birgə addımlamamaq üçün özünü xəstəliyə vurması bəlli deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər