İranda ötən sutka ərzində 200 nəfər koronavirusdan (COVID-19) ölüb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 76 633 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 7 723 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 739 875 nəfərə çatıb.