20 May 2021 12:56
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden “Şimal axını 2” operatoruna qarşı tətbiq olunan sanksiyaları ləğv edərək, Rusiyaya “hədiyyə” verdiyinə görə qınanılıb.

Teleqraf.com xəbər verir ki, bu ittihamlar Respublikaçı konqresmen Cim Riş tərəfindən səsləndirilib.

Riş bu kimi addımların ABŞ-ın Mərkəzi, Şərqi və Şimali Avropadakı müttəfiqlərinin maraqlarından daha çox Almaniya və Rusiyanın maraqlarına xidmət etdiyini deyib.

Konqresmenin fikrincə, “Şimal axını 2” kompaniyası və onun rəhbərinə qarşı tətbiq olunan sanksiyaların ləğvi, Bayden və Rusiya lideri Vladimir Putinin təklif olunan görüşündən əvvəl ABŞ-ın mövqeyini zəiflədəcək.

ABŞ-ın “Şimal axını 2” qaz kəmərinin operatoruna qarşı sanksiyaların ləğvi dünən elan olunub. Bundan sonra ABŞ Dövlət Departamenti boru kəmərinə qarşı sanksiyalardan imtina etdiyini təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər