Tunis Prezidenti Qeys Səidə qarşı çevriliş hazırlanır.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Middle East Eye” saytı məlumat yayıb.
Mənbənin iddiasına görə, çevriliş planı mayın 13-də Tunis Silahlı Qüvvələrinin Baş qərargah rəisi Nadiya Aqqaşaya “çox gizli” qeydi ilə təqdim olunub.
İddiaya görə, Səid parlamentin sədri və baş nazirlə Prezident Sarayında görüşdükdən sonra dövlət başçısının oradan çıxmasına icazə verilməyəcək. Bundan sonra spiker və baş nazir xalqa hakimiyyətin ələ keçirildiyini elan edəcək.
Hazırda prezidentin təhlükəsizliyindən məsuliyyət daşıyan general Xalid əl-Yəhyavinin daxili işlər naziri təyin olunacağı və silahlı qüvvələrin paytaxtın giriş-çıxışlarında yerləşdirəcəyi iddia olunub