Əfqanıstan təhlükəsizlik qüvvələrinin Host vilayətində həyata keçirdiyi əməliyyatlarda Taliban terror qruplaşmasının 12 üzvü öldürülüb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi verdiyi yazılı açıqlamada bildirir. Həmçinin hücumlar zamanı 11 döyüşçünün də yaralandığı qeyd edilir. Əməliyyatda böyük miqdarda ağır silah ələ keçirilib.
Yayılan məlumatlara görə, öldürülənlər arasında Seyfullah Qoçu adlı Taliban komandiri də var.
Samir