26 May 2021 14:14
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda Ermənistan-İran biznes forumu keçirilib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, forumu İran Ticarət və Sənaye Palatası təşkil edib.

İclasda Ermənistan Dövlət Gəlir Komitəsinin sədri Edvard Ovanisyan da iştirak edib.

Forumda sahibkarlara vergi və gömrük qanunvericiliyi, habelə Ermənistanda idarəetə sahəsində dəyişikliklər haqqında məlumat verilib.

Erməni rəsmisi mövcud problemlər və onların həlli yolları ilə tanış olmaq məqsədilə biznes sektorunun nümayəndələri ilə mütəmadi məsləhətləşmələr təşkil etməyə hazır olduğunu bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər