Rusiyanın Praqadakı səfirliyinin 54 diplomatı Çexiyanı tərk edib.
Teleqraf.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat katibi Nikolay Bryakin məlumat yayıb.
N.Bryakin bildirib ki, səfirliyin 54 işçisi ailə üzvləri ilə birlikdə xüsusi təyyarə ilə Rusiyaya qayıdıb.
Onun sözlərinə görə, diplomatik korpusun ikinci qrup işçisi Çexiyadan ailə üzvləri ilə birlikdə mayın 31-i ayrılacaqlar.