2 Noyabr 2014 14:46
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk bölgəsinin Krasnoarmeysk şəhərində Ukrayna Silahlı Quvvələri tərəfindən keçirilən əməliyyatlar zamanı 18-25 yaş arası 400-dən çox qadın yoxa çıxıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinaən məlumatına görə, bu barədə " Donetsk Xalk Respublikası"nın baş naziri Aleksandr Zaxarçenko açıqlama verib. Onun sözlərinə görə, son zamanlar onlardan 286 nəfərinin cəsədi tapılıb.

Zaxarçenko qeyd edib ki, cəsədlər üzərində aparılan məhkəmə tibbi ekspertizaları zamanı qadınların öldürülmədən öncə zorlandığı məlum olub.

Ukrayna rəsmiləri hələ ki, bu açıqlamaya münasibət bildirməyiblər.


Müəllif:

Oxşar xəbərlər