Çeçenistanın başçısı Ramzan Kadırov Rusiyanın ən varlı qubernatoru olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan başçısının rəsmi saytında məlumat verilib.
Kadırovun gəlir və əmlak barədə olan məlumata görə, o, 2020-ci ildə 381.1 milyon rubl qazanıb. Lakin məlumatda gəlirin mənbələri göstərilməyib.
Çeçenistan liderinin sahəsi 3668 və 28 361 kvadratmetr olan iki torpaq sahəsi, habelə sahəsi 2344 kvadratmetr olan yaşayış binası var.
Ən varlı qubernatorlar siyahısında ikinci yerdə Mari Elin başçısı Aleksandr Yevstifeyev qərarlaşıb. O, ötən il əmlak və torpaq sahəsi satışından 84.7 milyon rubl qazanıb.
Ən zəngin bölgə başçıları arasında Moskva vilayətinin qubernatoru Andrey Vorobyov (79.8 milyon rubl), Lipetsk vilayətinin başçısı İqor Artamonov (69.2 milyon rubl) və Krasnoyarsk Bölgəsinin qubernatoru Aleksandr Uss (30.1 milyon rubl) da var.
May ayında Çeçenistan rəhbərinin xanımının 2020-ci ildə 1.5 milyon rubl qazandığı bildirilib.