2 İyun 2021 17:41
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsraildə kimlərin hökumət quracağı yox, yeni hökumətin hansı siyasəti yürüdəcəyi önəmlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“İsraildə hansı hökumət olur-olsun, bizimlə sağlam münasibətləri davam etdirməsi üçün yanlış siyasətdən imtina etməsi lazımdır. Fələstinə hücumları dayandırmalıdır. Eyni zamanda, ikitərəfli həll yolunu keçən addımları dayandırmalıdır. Sülh prosesinə yenuidən qayıtması lazımdır”, - Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, İsrail bu siyasətini davam etdiriyi vaxta qədər sağlam münasibətlər qurmaq mümkün olmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər