Ruslar Türkiyə ilə uçuşların bərpa olunmasının iyunun 21-dək təxirə salınması səbəbindən təxminən 30 milyard rubl itiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rosturizm”in rəhbəri Zarina Doquzova açıqlama verib.
O qeyd edib ki, Rusiyadan bir milyona yaxın şəxs 2021-ci ilin aprelindən iyun ayına qədər Türkiyəyə getməyi planlaşdırırdı:
“Vətəndaşlar qarşısında 30 milyard rubl borcumuz var. Bu və ya digər şəkildə Türkiyə üçün yatıran bir milyon vətəndaşdan danışırıq”.
Rusiya mayın 31-də bu ölkələrdə koronavirusla bağlı ağır epidemioloji vəziyyətlə əlaqədar olaraq, Türkiyə və Tanzaniya ilə uçuşların dayandırılmasını uzadacağını açıqlayıb.