Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın İraqdakı önəmli qərargahlarından olan Mahmur düşərgəsi ilə bağlı son bəyanatı xarici mediada ciddi reaksiya doğurub.
Teleqraf.com xəbər verir ki, artıq beynəlxaq media “Türkiyənin geniş çaplı əməliyyata hazırlandığını” yazır.
“Bu axşam ilk dəfə deyəcəyəm. Biz Mahmur məsələsini də ən azı Qəndil qədər nəzərə alırıq. Çünki Mahmur Qəndilin əsas dayağıdır. Buranı BMT təmizləməyəcəyi təqdirdə BMT üzvü olaraq biz təmizləyərək”, - Ərdoğan Mahmur düşərgəsi haqda bildirmişdi.
Qeyd edək ki, Mahmur düşərgəsi Ərbil şəhər mərkəzindən 65 kilometr uzaqlıqdakı Mahmur qəsəbəsində yerləşir. Mahmur düşərgəsinin arxasında Karacak dağı var və PKK-nın nəzarəti altındadır. Qəsəbə ətrafında PKK-nın nəzarət postları mövcuddur.