Bu gün İraqın paytaxtı Bağdad şəhərində daha bir partlayış baş verib.
Teleqraf.com-un məlumatına görə, Aşura mərasimini hədəf alan terrorçu bomba quraşdırılmış avtomobili partladıb. Nəticədə 12 nəfər ölüb, 29 nəfər yaralanıb.
Bağdada baş verən daha bir partlayışda isə 19 nəfərin həlak olduğu, 49 nəfərin isə yaralandığı bildirilir.
Hücümün məsuliyyətitni hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.