Rusiya Gürcüstanın NATO və Avropa Birliyinə inteqrasiyasına qarşı çıxır, hökumət üzərində təsirini artırmaq məqsədilə hərbi gücündən istifadə etməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bunu senator Jeanne Şaheen deyib.
Qeyd edək ki, hazırda ABŞ Konqresinin iki senatoru - Jeanne Şahen və Rob Portman Tbilisidə səfərdədir.
Şaheen bəyan edib ki, Abxaziya və Cənubi Osetiyada davam edən rus hərbi fəaliyyəti Gürcüstan üçün ciddi təhlükəsizlik problemi yaradır.
Amerikalı senatorlar Tbilisidə hökumət başçısı İrakli Qaribaşvili ilə görüşərək ikili münasibətləri də müzakirə ediblər.